• $
  • €
  • ₽
  • ₺
  • £

“Google”dan öyrənə biləcəyimiz 4 mühüm məlumat

“Google”dan öyrənə biləcəyimiz 4 mühüm məlumat
24.11.2016 19:55
"Google” hər zaman iş mühiti və ofis mədəniyyəti ilə irəli çıxarılan, nümunə göstərilən bir şirkətdir. Əslində bunların xaricində "problem həll etmək” istedadı da mövcud olan bir şirkət olduğunu qeyd edə bilərik.

"Harvard Business Review"-da bir məqalədə bu mövzu barədə Larry Page-in Adwords reklamları ilə bağlı 2002-ci ildə yeməkxanada yerləşən bannerə asdığı yazı nümunə göstərilir. AdWords-ün dizaynını bəyənməyən Larry Page  "bu reklamlar bərbaddır” yazısını böyük bir vərəqə çap edərək hərkəsin görəcəyi  reklam lövhəsinə asır. Problem həll etməkdə "Google”un istifadə etdiyi bu metodda detallar isə aşağıdakı kimidir:

1. İnsanlar yaxşı işlər görmək istəyərlər

Larry Page, işçilərin motivasiyasını qırmaq hətta alçaltmaq istəsə onlara gedib qışqıra/hirslənə bilərdi, təhdid edib həftəsonu günlərlə işlədə bilərdi lakin bunu etmək yerinə daha insani bir davranış ilə reklam komandasına həll edə biləcəyi daha doğrusu həll etməli olduğu bir "problem” verdi. Nəticə olaraq problem çox yaxşı bir şəkildə həll edildi.

2. Given enough eyeballs, all bugs are shallow (Kifayət qədər gözbəbəyi varsa, bütün səhvlər daha kiçik görünür)

Page, sadəcə komandası ilə bu mövzunu danışaraq da problemi həll edə bilərdi lakin yeməkxana "Google”dakı çoxlu göz deməkdir. Öz işçilərini yaxşı tanıyan Page, hərkəsin görə biləcəyi şəkildə problemi ortaya çıxardığında həllin çox daha sürətli və yaxşı olacağını bilirdi.

3. İnsanlar, onların marağını çəkən işlərdə daha yaxşı performans göstərirlər.

Page-in bundan əvvəlki anlayışını dəstəkləyəcək şəkildə problemi orda hərkəsin içində ortaya çıxarmasının bir digər səbəbi də komandadan olmadığı halda həqiqətən maraqlı olan şəxslərdən daha yaxşı təkliflərin ortaya çıxa biləcəyini bilməsidir. Əgər bir mövzu bir işçinin marağını cəlb edərsə çox daha uğurlu performans sərgiləyəcəyi şübhəsizdir.

4. Böyük liderlər işçilərinə məqsəd və hədəf hissini verə biləndir.

İşçilərinizi tanıyın, nə qədər istedadlı olduqları vacibdir amma o şişirdiləcək qədər də mütləq deyil, həqiqətən hədəf və məqsəd üzrə yönləndirilməyiblərsə o zaman istedadları çox da təsirli olmayacaq.

Şirkətinizdə bir ofis mədəniyyəti yaratdığınız zaman işçilərinizə necə davranmalı olduğunuz və onların buna necə reaksiyalar verəcəyini də bilərsiniz. Bu səbəbdən də işçilərinizi tanıyın və problemləri daha yaxşı həll etmək üçün bir şirkət mədəniyyəti yaratdığınızdan əmin olun. //Technote.az

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol