• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliya Şengen fəaliyyətini dayandıracaq

İtaliya Şengen fəaliyyətini dayandıracaq
28.03.2017 17:30
Sərhədlərdə nəzarət mayın 10-dan ayın sonuna qədər tətbiq ediləcək

 İtaliya açıq sərhədlərlə bağlı Şengen sazişini dayandıracaq və mayın 26-27-də Taorminədə keçiriləcək "Yeddilər qrupu"nun sammiti ilə əlaqədar sərhədlərdə müvəqqəti nəzarət həyata keçirəcək.

"ANN" TASS-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, sərhədlərdə nəzarət mayın 10-dan ayın sonuna qədər tətbiq ediləcək.

DİN bu müddətdə Siciliya adasının məşhur kurort şəhərinə getmək fikrindən daşınmağı tövsiyə edib. Belə ki, orada yüksək təhlükəsizlik tədbirləri olacaq və hərəkət məhdudlaşdırılacaq. O cümlədən, sahil xəttindən 50 metrdən uzağa üzmək, balıqçılara isə ümumiyyətlə, dənizə çıxmaq qadağan ediləcək. Yerli limanlarda müvəqqəti olaraq gəmilərin, o cümlədən kruiz məqsədli su nəqliyyat vasitələrinin gəlişinə qadağa qoyulacaq. Limanlardan yalnız logistik məqsədlər üçün istifadə olunacaq.

Qeyd edək ki, sammitlə əlaqədar əhalisinin sayı 11 mindən bir qədər çox olan Taorminaya 20 mindən çox nümayəndə heyətlərinin üzvü, diplomatlar, jurnalistlər və sammitdə xidmət göstərəcək təşkilatların əməkdaşlarının olacağı gözlənilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol