• $
  • €
  • ₽
  • ₺
  • £

Türk zabit ABŞ-ın verdiyi medalı rədd etdi

Türk zabit ABŞ-ın verdiyi medalı rədd etdi
12.05.2017 18:00
Türkiyə Ordusunun Xüsusi Təyinatlılarında xidmət edən bir zabit yüksək uğurlarına görə ona medal vermək istəyən ABŞ-ın təklifini rədd edib.

anews.az avropa.info-ya istinadən xəbər verir ki, hadisə mayın 10-da çərşənbə axşamı, İncirlik hərbi bazasında, İŞİD-lə mübarizə koalisiyasının qərargahında baş verib.

Qərargahda keçirilən mərasimdə, göstərdiyi yüksək nailiyyətlərə görə bir türk zabitinə ABŞ tərəfindən medal təqdim ediləcəkdi.

Mərasimdə çıxış edən adı açıqlanmayan türk zabiti "Sizin verdiyiniz medalı qəbul etməyim mümkünsüzdür" deyib. Türk zabiti medalı qəbul etməməsinin səbəbi kimi ABŞ-ın terror təşkilatı PKK/YPG-yə verdiyi dəstəyi göstərib.

"Türkiyə olaraq gözəl işlərə nail olduğumuzu düşünürəm. Bunların ən əhəmiyyətlisi də Əl-Bab əməliyyatı zamanı heç bir mülki itki və dost atəşi ilə vurulma hadisəsinin olmamasıdır. Lakin xəritəyə baxdıqda Suriya və İraqda bu cür itkilər baş verir. Bu da Türkiyənin bu işdə doğru-dürüst olduğunu göstərir. Bu medalı verənlər mənim düşmənim olan PKK/YPG ilə əməkdaşlıq edirlər. Şərəfim bu medalı qəbul etməyimə imkan vermir" deyə türk zabiti qeyd edib.
Bundan sonra, türk zabiti tədbiri tərk edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol