• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibə vaxtı maşınlarımıza dəymiş ziyan ödənmir - ŞİKAYƏT

Müharibə vaxtı maşınlarımıza dəymiş ziyan ödənmir - ŞİKAYƏT
07.04.2021 15:38
İkinci Qarabağ savaşı zamanı şəxsi texnikası ilə könüllü cəbhəyə yollanan bir qrup Cəlilabad rayon sakinləri maşınlarına dəyən ziyanın Dövlət tərəfindən hələ də ödənilməməsindən şikayət edir. Bu barədə anews.az-a Cəlilabad rayon sakini, İkinci Vətən Müharibəsi iştirakçısı Elman Məmmədov deyib.

"Cəlilabad rayonundan 12 nəfər könüllü öz maşınlarımızla müharibədə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdik və cəbhəyə yollandıq. Döyüş zamanı silah-sursat daşıdıq. Bizə öncədən bildirdilər ki, maşınlarımıza dəyən ziyan ödəniləcək. Bunun üçün lazım olan sənədləri Müdafiə Nazirliyinə göndərsək də, bizə hələ də gözləyin cavabı verirlər. Cəlilabad rayon icra hakimiyyətinə bir neçə dəfə bizə yardım edilməsi ilə bağlı  müraciətlərimizə də  gözləyin cavabını almışıq. Bir sözlə durumumuz çox pisdir. Çörək pulumuz bu maşınlardan çıxırdı. İndi demək olar ki, sürünürük. Bilmirik ki, dərdimizi kimə deyək. İndiki durumda 12 nəfərin maşınına dəymiş ziyan çəkən şəxslərin 9 nəfəri aiddiyatı üzrə müraciət edib və gözləmə prosesindədirlər. Lakin biz 3 nəfər durumdan narazıyıq və istəyirik ki, aiddiyatı qurumlar maşınlarımıza dəymiş ziyanı ödəsin, biz də ailəmiz üçün çörək pulu qazanaq", - deyə Məmmədov bildirir.

Elman Məmmədov onu da söylədi ki, cəbhədə olduğu dövrdə ailəsi ilə heç kim maraqlanmayıb. 

"Evimdə 15 yaşında serebral iflic xəstəsi olan övladım var. Müharibəyə getdiyimiz dövr karantin dövrünün ən sərt zamanı  idi. Bu dövrdə nə icra hakimiyyətindən, nə digər bir yerdən ailəmizə maddi dəstək olmayıb. Evdə məndən başqa işləyən adam da yoxdur. Mən vətənim üçün canımdan keçməyə hazıram, ona görə də könüllü  cəbhəyə yollanmışam, qarşılığında isə heç kim mənə yardımçı olmaq istəmir” – deyə şikayətçi vurğulayır.  


Etibarlı mənbədən aldığımız məlumata görə, hazırda müharibə zamanı şəxsi  texnikalara dəymiş ziyanın qaytarılması üçün araşdırma aparılır. 
 

Hərbi prokrorluq hazırda 117 maşına dəymiş ziyanın dəyərini və hadisənin hansı şəraitdə baş verdiyini araşdırır. Araşdırmanın sonunda  dövlət tərəfindən vətəndaşların əmlakına dəymiş bütün ziyan  ödəniləcək. Nə vaxt ödəniləcəyi isə araşdırmanın bitəcəyi vaxtdan asılıdır.    
 
Bir sözlə vətəndaşlara səbr etmək tövsiyyə olunur. Bəs maşını ilə evinə çörək pulu qazanan vətəndaşlar Hərbu Prokurorluğun apardığı araşdırmanın sonuna kimi ailəsini necə dolandırsın sualına isə təəssüf k,i aidiyyatlı orqanlardan cavab ala bilmədik.
 




Gülnar Nazimqızı



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox