• $
  • €
  • ₽
  • ₺
  • £

İnfeksionist: Məcburi şəkildə karantinin sərtləşdirilməsinə doğru gedirik - MÜSAHİBƏ

İnfeksionist: Məcburi şəkildə karantinin sərtləşdirilməsinə doğru gedirik - MÜSAHİBƏ
05.04.2021 23:48
Koronavirus infeksiyasının üçüncü dalğası Azərbaycanda səhiyyə sisteminin yükünü artırıb. Həkimlər demək olar ki, hər bir insanın həyatı üçün daha çox mübarizə aparmaq məcburiyyətindədirlər.
Caliber.Az pandemiya dövründə iki dəfə koronavirusa yoluxan və hazırda xəstələrin müalicəsini davam etdirən həkim-infeksionist Nicat Əzimli ilə söhbət edib.
Koronavirus infeksiyasının üçüncü dalğasının şahidi olduq. Bu əvvəlki iki dalğadan nə ilə fərqlənir?
- Bu, genişmiqyaslı statistik tədqiqatların nəticələri göründükdən sonra qiymətləndirilə bilər.
Bəs şəxsi fikriniz necədir?
- Mənim subyektiv fikrimcə, bu gün xəstəliyin daha mütərəqqi və ağır gedişi ilə qarşılaşırıq. Qəbul etdiyimiz xəstələrin əksəriyyəti ilə təmasda olanlar da infeksiya daşıyıcısıdır. İndi ailədə yalnız bir yoluxmuş şəxsin olması halı ilə demək olar ki, qarşılaşmırıq. Bu, infeksiya dinamikasındakı sıçrayışı və yeni Britaniya ştammının yoluxuculuğunu izah edir. Dəlillərim yeni ştamma yoluxanların faizini müəyyən edə biləcək laboratoriya tədqiqatları keçiriləcəyi halda öz təsdiqini tapa bilərdi.
Britaniya ştammının daha təhlükəli olduğunu nəzərə alsaq, ölüm hallarının hansı yaş kateqoriyasında daha çox olduğunu deyə bilərsiniz?
- Əvvəl olduğu kimi yaşlı insanlar daha çox ölürlər. Gənc xəstələrə gəldikdə, bu kateqoriyadakı ölümlər ümumi yoluxma sayının kəskin artımı ilə izah edilə bilər.
Bütün dünya koronavirusa qarşı peyvəndin meydana çıxmasını gözləyirdi. Artıq o var, pandemiyanı məğlub etmək üçün bundan sonra nə qədər vaxt lazımdır?
- Vaksinasiya bizim yeganə ümidimizdir, əks halda pandemiyanı məğlub edə bilməyəcəyik. Qısa müddət ərzində əhalinin 80 %-ni peyvənd etsək, rahat nəfəs ala bilərik. Bu xəstəlik mövcud olmağa davam etsə belə, artıq vətəndaşların həyatı üçün təhlükəli olmayacaq.
Hazırda virusa yoluxanların sayında kəskin bir sıçrayış müşahidə etdiyimizi nəzərə alsaq, karantini sərtləşdirməyə ehtiyac varmı?
- Karantin rejiminin sərtləşdirilməsi son çarədir. Bu gün istəsək də, istəməsək də, bu yola doğru gedirik: Koronavirusa yoluxanların sayı artır, xəstəxanalar dolur... Həkimlər bunu hər gün müşahidə edirlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox