• $
  • €
  • ₽
  • ₺
  • £

Zeynəb Xanlarovanın həbsdəki qohumu azadlığa buraxıldı - Baş Prokurorluğun binası önündə ETİRAZ

Zeynəb Xanlarovanın həbsdəki qohumu azadlığa buraxıldı - Baş Prokurorluğun binası önündə ETİRAZ
06.04.2021 10:14
Eks-deputat Zeynəb Xanlarovanın həbsdə olan bacısı oğlu Daşqın Nəsirovun azadlığa buraxılması etiraz doğurub. Türkan qəsəbə sakinləri olan ahıl qadınlar Baş Prokurorluğun binası önünə gedərək buna etiraz ediblər.

Anews.az Musavat.com-a istinadən xəbər verir ki, Daşqın Nəsirov 2 ahıl qadının - 80 yaşlı Əzizəxanım Atayevanın və 90 yaşlı Xumara Şabanovanın Türkan qəsəbəsində, dəniz sahilində yerləşən bağ torpaq sahələrini saxtakarlıqla ələ keçirməkdə ittiham olunaraq 4 ay əvvəl həbs olunub.

Həmin məlumatda deyilirdi: "Həyata keçirilmiş intensiv istintaq tədbirləri ilə Türkan qəsəbəsi sakinləri Daşqın Nəsirov və Çingiz Səfərovun 2019-cu ilin iyul ayında Xəzər rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi vəzifəsində işləmiş Rahil Babayevi vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edərək qəsəbə sakinləri 1939-cu il təvəllüdlü Əzizəxanım Atayevanın və 1928-ci il təvəllüdlü Xumara Şabanovanın ölmələrinə dair saxta sənədlər hazırlamalarına, daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış məktublara qeyd olunan şəxslərə məxsus Türkan qəsəbəsi ”Bağlar Məscidi" deyilən ərazidə yerləşən bağ sahəsinin guya Türkan qəsəbəsində Xəzər dənizinin sahilində yerləşməsini əks etdirən yalan məlumatlar daxil etmələrinə, bununla da dövlətə məxsus olan orta bazar qiyməti daha yüksək olan torpaq sahəsini və həmin torpaq sahəsinə dair əmlak hüquqlarını dələduzluq etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Çingiz Səfərov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, icra nümayəndəsi işləmiş Rahil Babayev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)  maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.  Hazırda iş üzrə təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Daşqın Nəsirovun azad olunmasına torpaqları mənimsənilən, onlara qarşı külli miqdarda ziyan vurulmuş zərərçəkənlər etiraz edirlər. Onlar Baş Prokurorluğun binası önünə gedərək üzərində "Kamran Əliyev, bu işi nəzarətə götürün! Ümidimiz sizədir”, "Cənab Prezident! Yaşlı anaların haqlarını yeyənlərin cəzasını verin!” sözləri yazılmış transparantlarla etiraz aksiyası keçiriblər. 

Tələb ediblər ki, 200016059 nömrəli cinayət işi üzrə təqsirli bilinərək həbs edilən Daşqın Nəsirov həbs edilsin.

"Daşqın Nəsirov hazırda Türkan qəsəbəsində açıq-aşkar küçələrdə gəzir və bizə deyir ki, ”nə etdiniz mənə, görün bundan sonra başınıza nələr gəlir! Siz 3 nəfəri tutdurdunuz, mən çıxdım, o biri iki nəfər də çıxacaq", - deyə zərərçəkənlər bildirib.

Onlar deyir ki, Türkan qəsəbəsi o qədər də böyük deyil. Daşqın Nəsirov COVİD-19 xəstəliyi və ev dustağı adı ilə azadlıq əldə edib: "Daşqın Nəsirov xəstə deyil o, hansısa qanunsuz bir yol taparaq azadlıq əldə edib.


Baş prokuror Kamran Əliyevdən xahiş edirik ki, Daşqın Nəsirov həbsə qaytarılsın, "günahı” bizə kömək etməkdən ibarət olan Natiq Məhəmmədsoy azad olunsun".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox