• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəb direktoruna cinayət işi açılıb

Məktəb direktoruna cinayət işi açılıb
07.04.2021 14:50
Yevlax Rayon Təhsil Şöbəsinin Əkşəm kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmiş Bəkirov Babək Nizam oğlunun 2014-2020-ci illər ərzində dövlət büdcə vəsaitlərini mənimsəməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla, Babək Bəkirovun işdən azad edilən şəxsin adını vəzifəsini icra etmədiyi halda 5 il müddətində məktəbin əmək haqqı ödəniş cədvəllərinə daxil etməklə bank kartına köçürülmüş əməkhaqqı və digər ödənişləri nağdlaşdıraraq götürüb mənimsəməsinə, ayrı-ayrı müəllimlərin adlarına əlavə dərs saatları yazaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlıqların uçotunu və mühafizəsini təmin etməməklə hüquqi şəxs olan Yevlax Rayon Təhsil şöbəsinin hüquqlarına və qanuni mənafelərinə ümumilikdə 10 min manat məbləğində mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında Babək Bəkirova Cinayət Məcəlləsinin 179.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox