• $
  • €
  • ₽
  • ₺
  • £

Məzuniyyət haqqının hesablanmasında nələrə diqqət yetirilməlidir?

Məzuniyyət haqqının hesablanmasında nələrə diqqət yetirilməlidir?
12.04.2021 13:09
İşəgötürənlərlə işçilər arasında sual, bəzən də mübahisə yaradan məsələlərdən biri işçiyə məzuniyyət haqqı hesablanarkən ortaya çıxır.
 
Anews.az "Vergilər.az”a istinadən xəbər verir ki, hüquqşünas Şəhriyar Həbilov əmək məzuniyyətinə görə ödənişlərin məbləğinin hesablanması ilə bağlı maraq doğuran suallara aydınlıq gətirir.
 
Məzuniyyət hüququ qanunvericiliklə tənzimlənir. Qanunvericiliyə əsasən, məzuniyyət haqqı təqvim ili ilə hesablanmır, burada iş ili əsas götürülür. İş ili dedikdə isə işçinin işə başladığı gündən növbəti ilin həmin gününədək olan müddət nəzərdə tutulur.
Misal: Tutaq ki, sürücü ştatında çalışan işçi müəssisədə işə 2017-ci il may ayının 5-də götürülüb. Onun iş ili 2018-ci il may ayının 5-də tamamlanmış sayılır. Bu müddət ərzində onun qanunvericiliklə müəyyən edilmiş məzuniyyət hüququ yaranır. Həmin işçinin iş ili ərzində məzuniyyət hüququndan istifadə etməməsi ona ya kompensasiya almaq, ya da məzuniyyətini növbəti iş ilinin məzuniyyəti ilə birləşdirmək imkanı verir.
Məzuniyyət haqqının məbləği məzuniyyətə çıxmazdan əvvəlki 12 ayda alınan əməkhaqqının məbləğindən asılıdır.

Məzuniyyət haqqının hesablanması üçün düstur və ya hesablama qaydası qanunvericiliklə müəyyən edilib. Məzuniyyət haqqını hesablamaq üçün öncə işçinin orta aylıq əməkhaqqı hesablanır.
 
Məsələn, işçi məzuniyyətə may ayında çıxmaq istəyirsə, maydan əvvəlki 12 ayın əməkhaqqı cəmlənir. Alınan məbləğ 12-yə bölünməklə işçinin orta aylıq əməkhaqqı tapılır. Aylıq əməkhaqqı 500 manat olan və 12 ay ərzində heç bir əlavə almayan işçinin illik gəliri 6.000 manat, orta aylıq əməkhaqqı isə 500 manatdır:
500 x12 = 6000 manat
6000:12 = 500 manat.
 
İşçinin orta aylıq əməkhaqqına uyğun olaraq bir günlük əməkhaqqı tapılır. Bunun üçün işçinin orta aylıq əməkhaqqı 30,4-ə bölünür:
500:30,4=16,45 manat.
 
İşçinin məzuniyyət haqqı istifadə etmək istədiyi məzuniyyət müddətinin bir günlük əməkhaqqı ilə hasilindən alınır. Tutaq ki, işçi 14 gün məzuniyyətə çıxmaq istədiyini bildirib. Bu zaman onun məzuniyyət haqqı 230,3 manat olacaq:
14×16,45 = 230,3 manat.
 
 İşçi ilə əmək müqaviləsinə xitam verilərkən onun iş ilinə (və ya illərinə) görə istifadə etmədiyi əsas məzuniyyət günləri üzrə yuxarıdakı hesablama nəzərə alınmaqla işçiyə kompensasiya ödənilməlidir. Burada diqqət yetirilməli başlıca məqam işçiyə iş stajına görə və ya uşaqlı qadınlara verilən əlavə məzuniyyət günlərinin nəzərə alınmaması və ödənilməməsidir.
 
Onu da deyək ki, qanunvericiliyə əsasən, əmək məzuniyyəti hissə-hissə verilə bilər: bu şərtlə ki, bir hissənin müddəti 2 təqvim həftəsindən az olmamalıdır. Bu, işçnin ildə bir dəfə ən azı 14 gün məzuniyyətə çıxa bilməsinə imkan verir.
İşçi yalnız öz razılığı ilə, əmrlə və istehsalat qəzası,  yaxud təxirəsalınmaz hallarda (sübut edilməlidir) məzuniyyətdən geri çağırıla bilər. Geri çağırılan işçiyə tərəflərin razılığı ilə:
– ya işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri verilir;
– ya da işçiyə işə başladığı gündən əməkhaqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona yenidən məzuniyyət pulu hesablanıb ödənilir.(banker)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox