• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda bir məktəbdə 15 sinif distant təhsilə keçib

Lənkəranda bir məktəbdə 15 sinif distant təhsilə keçib
17.04.2021 11:07
Lənkəranda 10 saylı məktəbin 15 sinfi distant təhsilə keçib.

Lənkəranda son bir neçə gündə təhsil müəssisələrində çalışan 10-a yaxın müəllimdə karonavirus aşkar olunub. COVID-19 testi müsbət çıxan müəllimlər karantinə alınıb.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva məlumatı təsdiq edib: "Digər məktəbdə çalışan müəllimlərin kollektivlə və şagirdlərlə təması olmadığından həmin məktəblərdə belə bir tədbirin keçirilməsinə ehtiyac olmayıb. 10 saylı tam orta məktəbdə isə 2 müəllimin şagirdlərlə təmasda olduğu I -V siniflər distant təhsilə keçirilib".

"Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin pandemiya şəraitində tədris müəssisələrinin idarə olunması və müvafiq əmr və göstərişlərdən irəli gələn tapşırıqların icrası ilə əlaqədar monitorinq aparılıb. Məktəbdə sosial məsafələrin qorunması, siniflərin dezinfeksiya olunması və nazirliyin təlimatına uyğun olaraq şagird kontingentinin siniflərdə yerləşdirilməsi prosesi izlənilib və aparılan dərs prosesləri yoxlanılıb. Məktəbin rəhbərliyinə və pedaqoji kollektivinə tapşırıq və tövsiyyələr verilib”,- şöbə müdiri qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox