• $
  • €
  • ₽
  • ₺
  • £

Baş həkim Milli Onkologiya Mərkəzinin qarşısındakı sıxlıqdan danışdı

Baş həkim Milli Onkologiya Mərkəzinin qarşısındakı sıxlıqdan danışdı
19.04.2021 11:38
Sosial şəbəkələrdə Milli Onkologiya Mərkəzində çəkilən şəkil geniş müzakirələrə səbəb olub. Fotonun bu gün səhər saatlarında çəkildiyi və insanların karantin qaydalarına riayət etməsinə nəzarətin zəif olduğu qeyd edilir.

Məsələ ilə bağlı Milli Onkologiya Mərkəzi ilə əlaqə saxlanılıb. Mərkəzin baş həkimi Azad Kərimli oxu.az-a açıqlamasında fotonun mərkəzin həyətində çəkildiyini təsdiqləyib.

O bildirib ki, fotonun hansı tarixdə çəkildiyini demək mümkün olmasa da, bildirmək istəyirəm ki, Nazirlər Kabinetinin qərarına əsasən, vətəndaşların karantin qaydalarına riayət etməsi üçün bütün zəruri şərait yaradılıb:

"Biz həkimlərin işi müayinə və müalicə prosesini aparmaqdır. Karantin rejiminə tibb işçiləri tərəfindən riayət olunmur, yoxsa mərkəzə müraciət edən vətəndaşlar tərəfindən? Hər halda fotodan görünən odur ki, söhbət müraciət edən pasiyentlər və onları müşayiət edən şəxslərdən gedir. Ümumiyyətlə bu fotonu çəkib atan şəxs nə üçün vətəndaşa yaxınlaşıb demir ki, sıra nömrəsinə müvafiq olaraq ara məsafəni saxlayın?

Bildirmək istəyirəm ki, müraciət edən bütün xəstələrə bir-bir nömrələr paylanılıb. Həmin nömrələrə müvafiq olaraq Onkologiya Mərkəzinin həyətində yerdə nömrələr qeyd olunub. Müraciət edən şəxslər həmin nömrələrin üzərində dayanmalıdır ki, ara məsafələri qorunsun. Buna tibb işçisi heç bir şey edə bilməz, mühafizə xidmətinin əməkdaşları isə dəfələrlə xahiş edirlər. İnsanlarımız da bir qədər bu qaydalara riayət etməyə çalışsa, bu cür mənzərələr olmaz.

Mərkəzin binasında isə dəhlizlərdə, oturacaqların üzərində hətta liftdə belə karantin qaydalarına müvafiq olan yazılar yapışdırılıb. Biz tərəfdən karantin qaydalarına riayət edilir. Biz özümüz də vətəndaşların yanından keçəndə deyirik ki, ara məsafəni saxlayın. Amma insanların bu cür görüntünü çəkib paylaşmaqda məqsədi nədir, anlamırıq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox