• $
  • €
  • ₽
  • ₺
  • £

Hüseynbala Mirələmovun videosunu kim yayıb? - AÇIQLAMA

Hüseynbala Mirələmovun videosunu kim yayıb? - AÇIQLAMA
22.04.2021 22:24
Məlum olduğu kimi, ötən gün sabiq millət vəkili, YAP-ın Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov çalışdığı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi Şurasının onlayn iclasında katibəsinə qarşı etdiyi qeyri-etik hərəkətilə gündəmə gəldi.
Anews.az xəbər verir ki, sözügedən video bir neçə dəqiqə ərzində sosial şəbəkələrdə sürətlə yayıldı. Hər kəs 76 yaşlı sabiq deputatı etdiyi hərəkətə görə tənqid etməyə başladı.
Görüntülərin yayılmasından sonra bu gün universitetinin mətbuat xidməti ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri Hüseynbala Mirələmovun bu gün səhər öz ərizəsi ilə işdən azad olunduğunu açıqladı. Həmçinin məsələ sabiq deputatın mənəvi-əxlaqi dəyərlərdən uzaq davranışı mənsub olduğu partiyanın İdarə Heyətinin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib və həmin davranışa sabahkı iclasda qiymət verilməsi gözlənilir.
Videonun ortaya çıxması özü ilə bərabər xeyli suallar gətirdi. Bəziləri sözügedən kadrların hələ bir neçə ay əvvəl - ADNSU-nun yanvarın 27-də keçirilən onlayn iclası zamanı qeydə alındığını güman edirlər. Hesab olunur ki, bu şəxsi həyata müdaxilədir və məqsədli şəkildə ortaya atılıb. Bəs əslində bu kadrların yayılması şəxsi həyata müdaxilə hesab oluna bilərmi? Qanunvericilikdə bu məsələ necə tənzimlənir?
Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid hesab edir ki, bu cür videoların yayılması cəmiyyətimizdə insanların bir-birinə qarşı kin, küdurət, qəzəb hissini artırır, xaotik vəziyyət yaradır və mənəviyyatı bulandırır:
"Bunu kimlər edirsə, qarşısını almaq lazımdır. Yeni texnologiyalar çıxıb, bunu İT sahəsində mütəxəssislər edir və ya kimlərinsə əli ilə edirlər, xüsusi xidmət orqanları, hüquq-mühafizə orqanları bu məsələlərlə bağlı sistemli çalışmalar aparmalıdırlar. Artıq bu nə mediadır, nə də ifadə və söz azadlığı. Bu insanların həyatına, şəxsi həyatına bir zərbədir”.
R. Məcid həmçinin bildirib ki, H. Mirələmov bir yazıçı, uzun illər millət vəkili olmuş şəxs kimi mənəvi məsuliyyət daşıyır və o cür qeyri-etik hərəkət etməməli idi:
"Bu yəqin ki Mirələmova qarşı, onu nüfuzdan salmaq üçün hazırlanıb. Bəlkə də, bunun qarşısında hansısa maddi maraq da durub. Hətta bunu Mirələmov yəqin ki, bilib də, bəlkə də onun qarşısına hansısa şərtlər qoyulub. Bütün bunları araşdırmaq lazımdır, bunlar ayrı məsələdir. Burada qızı o cür üzü açıq şəkildə vermək qızın həyatına təhlükədir. Biz bu gün intiharlardan danışırıq. Bu videonu yayanlar o qızı intihara sürükləyirlər. Qızın ətrafı, qohumları, tanışları var və qız dəhşətli depressiyaya düşə bilər. Camaatın lağlağı ilə yanaşması qızın taleyinə təsir edə bilər. Yeni texnologiyalar bizim cəmiyyətə xaotik vəziyyət gətirib və mən bundan narahat oluram. Bu məsələyə həm hüquq-mühafizə orqanları tərəfindən qiymət verilməlidir, həm də cəmiyyətimizin özü tərəfindən qınaq olmalıdır”.
Hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, ictimai fiqurun belə bir videosunun yayılması həmin şəxsin ifşa edilməsi baxımından zəruridir.
"Bu gün 15 il Parlamentdə deputat yerini tutan, özünə "ziyalı", "yazıçı", "65 kitab müəllifi" deyən zatın iş yerində, onlayn görüş əsnasında tabeçiliyində işləyən şəxsə qarşı, onun xəbəri olmadan seksual qısnamaya yol verməsi çox iyrənc hərəkətdir və hüquqi nəticələr yaradan əməldir. Bir siyasətçinin, ictimai fiqurun belə bir hərəkətə yol verməsinin ictimai çəkisi mövcuddur və videonun yayılması həmin şəxsin ifşa edilməsi, toplum önündə, hüquq önündə hesab verməsi üçün zəruridir”.
Lakin hüquqşünas hesab edir ki, zərərçəkən şəxsin kimliyini identifikasiya edən görüntü və məlumatların kütləvi informasiya vasitələrində həmin şəxsin razılığı olmadan yayması hüquqi baxımdan yolverilən deyil: "Görüntüdəki zərəçəkən şəxsin üz cizgiləri örtülmədən yayılmamalıdır”.(qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox