• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib
26.04.2021 19:32
"İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 26 aprel 2021-ci il tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.
 
Dövlət Komitəsi sədrinin 9 fevral 2021-ci il tarixli əmri əsasında seçki komissiyası yaradılıb. Dövlət Komitəsi nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası seçkiləri təşkil edib. Komissiyanın protokoluna əsasən, Şuraya üzvlərinin say həddi 13 nəfərdən ibarət təsdiq edilib.
 
Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 30 namizəd rəsmi qeydiyyata alınıb.
 
Dövlət Komitəsinə müraciətlər əsasında 175 nəfər səsvermədə iştirak etmək üçün qeydiyyata alınıb. Seçkidə 154 nümayəndə iştirak edib, 18 nəfər seçkiyə gəlməyib.
 
Seçki prosesinin sonunda səslər komissiya üzvləri tərəfindən hesablanıb. Seçkilərin şəffaflığını təmin etmək məqsədi ilə şəffaf seçki qutuları qoyulub, səsvermə prosesi başlanandan sona qədər kamera vasitəsi ilə videoya çəkilib. 151 bülleten yararlı, 3 bülleten yararsız hesab olunub.
 
Seçki komissiyasının bir üzvü səsvermə prosesində iştirak etməyib.
 
Seçkilərin nəticəsinə əsasən, aşağıdakı şəxslər İctimai Şuranın yeni üzvləri seçiliblər:
 
1. Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri – Rey Qasımov
 
2. Cəbrayıl rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Səbuhi Hüseynov
 
3. "Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri – Anar Xəlilov
 
4. "Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri – Xatirə Vəliyeva
 
5. "Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri – Nurəddin Mehdiyev
 
6. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti – Umud Mirzəyev
 
7. "Türküstan” Media Qrupunun rəhbəri – Aqil Camal
 
8. Qubadlı rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Təyyar Eminov
 
9. "Region Plus” Jurnalının baş redaktoru – Namiq Mailov
 
10. Azərbaycan Respublikası "Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü – Samirə Hüseynova
 
11. "Report” İnformasiya Agentliyinin redaktoru – İmdad Əlizadə
 
12. Laçın rayon ağsaqqallarının təşəbbüs qrupunun namizədi - Qəzənfər Hüseynov
 
13. Vəkillər Kollegiyasının üzvü, "A.İ.M" Vəkil Bürosunun vəkili – İsmayıl İsmayılov


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox