• $
  • €
  • ₽
  • ₺
  • £

Azad Rəhimov vəfat etdi: Nazirlik təsdiqlədi

Azad Rəhimov vəfat etdi: Nazirlik təsdiqlədi
30.04.2021 23:30
Gənclər və İdman Naziri Azad Rəhimov vəfat edib.


Anews.az xəbər verir ki, bu haqda nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.


O Azad Rəhimov haqda xatirələrini də bölüşüb:


"Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu, böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim.  


Bir müddət bundan öncə onunla danışanda: "Azad müəllim, nə olar, tez gəlin. Sizinlə bölüşməyə, danışmağa, məsləhətlərinizi almağa elə ehtiyacım var". yazmışdım. Cavabı: "Gözlə. Gələcəm" olmuşdu. 


Azad müəllim, axı Siz hər zaman sözünüzə sadiq olmusunuz. Bəs bu dəfə niyə belə etdiniz?  Niyə gözümü yolda qoydunuz? Sizsiz mənə çox çətin olacaq Azad müəllim.


Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi  göynədəcək, ürəyimi  yandıracaq. Sizin yoxluğunuzla  mən həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım.  


Allah mənə 14 il Sizinlə çiyin-çiyinə çalışmmağı, Sizdən  öyrənməyi, Sizin məktəbi keçməyi  mükafat olaraq nəsib etdi. Hər şey üçün çox sağ olun! Zəhmətinizi halal edin! Məkanınız cənnət olsun mərd, sözü , əməli bütöv, mərhəmətli MÖHTƏŞƏM INSAN! 


P.S. Bu günlərdə dualarını əsirgəməyən, xoş sözlər yazan, cənab nazirin səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edirəm!

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox