• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı hallarda dərmanlar icbari tibbi sığorta tərəfindən təmin edilir? - AÇIQLAMA

Hansı hallarda dərmanlar icbari tibbi sığorta tərəfindən təmin edilir? - AÇIQLAMA
05.05.2021 17:42
"Vətəndaş qeydiyyat ünvanından asılı olmayaraq 1 il müddətinə icbari tibbi sığortanın xidmətlər zərfindən yararlana bilər”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, xəstəxanada yatış zamanı gündəlik qida və dərman xərcləri xidmətlər zərfinə daxildir:

"Hər hansı əməliyyat və ya müalicə prosesi ilə əlaqədar olaraq xəstəxanada yatırsınızsa, bütün xərclər – əməliyyat, qida, dərman, tibbi sərflər xidmətlər zərfi vasitəsi ilə qarşılanır. Xəstəxanada yatış müddəti isə xəstəlikdən asılı olaraq müəyyən edilir”.

A.Əhmədova həmçinin ambulator və stasionar şəraitdə müalicələr zamanı dərman təminatı ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Müalicə zamanı dərman təminatı yalnız ambulator şəraitdə həyata keçirilən tibbi xidmətlər üçün nəzərdə tutulub. Ambulator şəraitdə göstərilən anesteziya və dərman sərfiyatı xidmətlər zərfinə daxildir. Lakin resept əsasında yazılan dərmanların heç biri icbari tibbi sığortanın xidmətlər zərfinə aid deyil. Stasionar müalicə üsulunda isə bütün xərclər icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox