• $
  • €
  • ₽
  • ₺
  • £

Kazanda məktəbdə 13 nəfərin ölümünə səbəb olan hadisənin TƏFƏRRÜATLARI

Kazanda məktəbdə 13 nəfərin ölümünə səbəb olan hadisənin TƏFƏRRÜATLARI
12.05.2021 16:09
Ötən gün Rusiyanın Kazan şəhərində yerləşən 175 saylı orta məktəbdə baş verən terror aktının təfərrüatı məlum olub. 

Anews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məktəbdə dərsdə olan şagirdlər əvvəlcə partlayış səsləri eşidiblər, lakin bunun küçədə hər hansı bir şeyin partlaması kimi başa düşüblər. Məktəbin girişindəki mühafizəçi cinayətkarın gözündən yayınaraq gizlənməyi bacarıb. 19 yaşlı İlnaz Qalyaviyevin hədəfinə tuş gələn ilk şəxs isə küçəyə nə baş verdiyini öyrənmək üçün çıxan məktəbin əməkdaşı Mullanur Mustafin olub. İ.Qalyaviyev birinci mərtəbəyə daxil olub və atəş açmağa başlayıb. Bu zaman təhsil müəssisəsinin rəhbəri mikrofon vasitəsilə müəllimlərə xəbərdarlıq edib və sinif otaqlarının qapısını bağlamalarını istəyib. Qalyaviyevin ikinci qurbanı isə ibtidai sinif müəllimi Venera Aizatova olub.  Ağır yaralanan müəllim məktəbdən çıxmağı bacarıb. Xəbərdarlıqdan sonra bütün sinif otaqları bağlı olub, yalnız 8 A sinfindən başqa. Təcavüzkar otağa daxil olaraq atəş açmağa başlayıb. Bu zaman ingilis dili müəllimi Elvira İqnatieva ağır yaralanaraq, dünyasını dəyişib.

Məlumata görə təcili yardım xidmətinə ilk zəng saat 09:18 daxil olub. Zəng edən şəxs 175 saylı məktəbdə atəş səslərinin eşidildiyini bildirib. Eyni vaxtda, başqa bir nəfər eyni yerə zəng vurub və "atəş açırlar, partladırlar" sözlərini deyib. Bildirilir ki, 10 dəqiqə ərzində 16 nəfər tərəfindən  polis xidmətinə zəng olunub və hər biri atışma, partlayış çox sayda qurbanların olduğunu bildirib. Ard-arda zənglər isə 20 dəqiqə davam edib. Bu müddət ərzində isə Qalyaviyev 9 nəfəri öldürüb, 10 nəfəri yaralamışdı. Bir qrup jurnalistlərin iddalarına görə bir neçə nəfər cinayətkarın əlində silahla məktəbə getdiyini görsə də, polisə məlumat verməyib. Daha  sonra cinayətkar məktəbi tərk edib və polisə təslim olub. 

İ.Qalyaviyev ifadəsində hadisəni törətmə səbəbini belə izah edib: "Yayda içimdə bir "canavar” oyanmağa və hamıya nifrət etməyə başladım. Nifrətim get-gedə daha da böyüdü”. 

Xatırladaq ki, sözügedən şəxsin məktəbə hücumu nəticəsində 13 nəfər dünyasını dəyişib, 20 nəfər yaralanıb. Hadisədən sonra Tatarıstanda 12 May matəm günü elan edilib. Rusiya Prezidenti Vladimir Putin vəfat etmiş uşaqların valideynlərinə başsağlığı verib və yaralıların tezliklə sağalması üçün şəfa diləyib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox