• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyandan Qazaxın kəndləri və Kərki ilə bağlı xəbərlərə - Reaksiya

Paşinyandan Qazaxın kəndləri və Kərki ilə bağlı xəbərlərə - Reaksiya
20.05.2021 18:54
"Özünü müxalifət adlandıranlar əllərindən gələn hər şeyi edirlər ki, Azərbaycan əsgərləri "Ermənistan əraziləri”ni (Azərbaycan ərazisi olan və Laçın rayonunda yerləşən Qaragöl ətrafında hərbçilərimizin yerləşdirilməsini nəzərdə tutur- red.) tərk etməsinlər”.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan öz feysbuk hesabında bildirib.

"Həsrətini çəkdikləri müharibənin başlamadığını görərək alışıb-yanırlar. Üstəlik, hökumətin hərəkətlərində hər hansı bir gizli plan yoxdur və ola da bilməz”, - deyə o qeyd edib.

Paşinyan Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı danışıqlara dair bütün təfərrüatları bu gecə açıqlayacağını bildirib. Bundan sonra bəzi siyasi qüvvələr artıq müxtəlif hökumət binaları qarşısında mitinq keçirmək niyyətində olduqlarını açıqlayıblar.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Nikol Paşinyanın Azərbaycanla danışıqlarda yeni ərazi güzəştlərinə razılaşdığını iddia etmişdi.

 Keçmiş səfirin sözlərinə görə, razılaşmaya əsasən işğal altında olan Qazaxın 7 kəndi və Kərki Azərbaycana qaytarılacaq. Bu gün keçirilən hökumət iclasında isə Nikol Paşinyan ad çəkməsə də, keçmiş səfirin fikirlərinə cavab verib. O, eyni zamanda Azərbaycan və Rusiya ilə danışıqlar zamanı yeni bir sənədin imzalana biləcəyi barədə məlumatı təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mayın 12-dən Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədinin dəqiqləşdirilməsi -delimitasiya və demarkasiya işləri görməyə çalışır. Ermənistan tərəfi isə təxribat xarakterli bəyanatlar yaymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. İşğalçı ölkənin rəsmiləri bununla bağlı hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edərək hərbi yardım istəyib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox