• $
  • €
  • ₽
  • ₺
  • £

Bərdədə özünü jurnalist kimi təqdim edən şəxslərlə bağlı cinayət işi açılıb

Bərdədə özünü jurnalist kimi təqdim edən şəxslərlə bağlı cinayət işi açılıb
29.05.2021 11:36
Mayın 27-də üç nəfər naməlum şəxsin Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən körpələr evinə gəlib özlərini jurnalist kimi təqdim edərək qanunsuz olaraq yoxlama aparıb körpələr evinin nüfuzuna xələl gətirəcək, həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yaymamaq müqabilində körpələr evinin direktorundan 300 manat məbləğində pul vəsaiti tələb etmələri barədə rayon prokurorluğuna müraciət daxil olub.

Bərdə rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla hədə-qorxu ilə pul tələb edən şəxslərin "faktlaşdırma.az” xəbər portalının təsisçisi kimi özünü təqdim edən Alışanov Qurban Ruben oğlu, "AzTV.NEWS” xəbər portalının direktoru kimi təqdim edən Məmmədov Seymur Sahib oğlu, "Araşdırmacı Jurnalist Agentliyi” nin direktoru kimi təqdim edən Qurbanov Elvin Nəsbulla oğlu olduğu müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinə həvalə edilib. Hazırda istintaq davam edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol