• $
  • €
  • ₽
  • ₺
  • £

Brüssel hücumu: tutulan şəxs ifadə verməkdən imtina edir

Brüssel hücumu: tutulan şəxs ifadə verməkdən imtina edir
26.03.2016 16:07
Salah Abdeslam 31 nəfərin həlak olduğu Brüssel hücumlarından bir neçə gün sonra həbs edilib

Paris hücumlarında şübhəli bilinən Salah Abdeslam Brüsseldəki hücumlarla bağlı suallara cavab verməkdən imtina edib. "Report”un BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Belçika prokurorluğu bildirib.

Onların sözlərinə görə, keçən həftə Brüsseldə həbs edilmiş Abdeslam ilkin olaraq əməkdaşlığa meyilli olub, lakin "susma haqqından istifadə edərək” Brüsseldə çərşənbə axşamı baş vermiş hücumla bağlı sualları cavablandırmayıb.

O, 31 nəfərin həlak olduğu Brüssel hücumlarından bir neçə gün sonra həbs edilib.

Hücumlarla bağlı üç ölkədə - Belçika, Fransa və Almaniyada 12 nəfər həbs edilib. Onlardan bəziləri daha sonra azad edilib.
Bu arada Belçika rəsmiləri Brüssel hücumlarındakı ikinci intiharçının adının Najim Laachraoui olduğunu bildiriblər və əlavə ediblər ki, onun DNT-si həmçinin keçən ilin noyabr ayında Parisdə hücumların baş verdiyi ərazidə aşkar edilib.

Brüssel və Paris hücumlarına görə İŞİD məsuliyyəti üzərinə götürüb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox