• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada ən kiçik mühərrik yaradılıb

Dünyada ən kiçik mühərrik yaradılıb
05.05.2016 23:56
Kembric Universitetinin alimləri dünyada ən kiçik mühərrik yaradıblar. 

Onların sözlərinə görə, sözügedən mühərriki nanorobotlarda (əsasən, tibbi məqsədlə insan bədəninə yeridilən) istifadə etmək mümkün olacaq.

"ICTnews” Elektron Xəbər Xidməti "ria.ru” saytına istinadən yazır ki, dünyada ən kiçik mühərrikin prototipi "hərəkətə gətirən nanoçevirici" ("Actuating nano-transducer” ifadəsinin qısaldılmış forması "Ant” – ingiliscədən tərcümədə "qarışqa" deməkdir) adlandırılıb. Mexanizmin çəki vahidinə nisbətdə generasiya etdiyi hərəkət qüvvəsi istənilən tanınmış mühərriklə müqayisədə 100 dəfə çoxdur.

"İnsanlar artıq uzun illər nanorobotların yaranması haqda danışırlar, ancaq indiyədək onlar yaradılmayıb. Niyə? Çünki indiyədək nanorobotları maye mühitdə hərəkət etməyə məcbur edən üsul məlum deyildi. Bu, nanomiqyasda axınla üzməyə bənzəyir, belə ki, molekullar arasında cazibə qüvvəsi çox yüksəkdir" –  Kembric Universitetinin professoru, tədqiqatın rəhbəri Ceremi Bomberq izah edib.

Professor Ceremi və onun həmkarları tərəfindən "Proceedings of the National Academy of Sciences” jurnalında təsvir edilmiş mühərrik nanorobotları lazımi güclə təmin etmək qabiliyyətinə malikdir. "Az çəkiyə malik yeni mühərrik qarışqa kimi böyük işin öhdəsindən gələ bilir" – Ceremi Bomberq bildirib.
Alimin sözlərinə görə, indi onlar bu gücə nəzarət etmək üsulunu aydınlaşdırmalıdırlar.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Dünya 22:17
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox