• $
  • €
  • ₽
  • ₺
  • £

Davudoğlu: "Dost dəyişməkdənsə, sədrin dəyişməsinə üstünlük verdim"

Davudoğlu: "Dost dəyişməkdənsə, sədrin dəyişməsinə üstünlük verdim"
05.05.2016 16:22
Prezidentimizə vəfalı olaraq qalacağam

"Prezidentimizə vəfalı olaraq qalacağam. Buna heç kimin şübhəsi olmasın. Onun ailəsi mənim, mənim ailəm onun ailəsidir".

"Report" xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu mayın 5-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.
"25 illik elm adamı olaraq, əziz millətimizə xidmət etdiyimə görə qürur duyuram. Məncə, indi perspektivimizi bölüşmək zamanı gəlib", - deyən Əhməd Davudoğlu siyasi fəaliyyətini üç mərhələyə bölərək, başçılıq etdiyi partiya və hökumətdəki fəaliyyətindən danışıb.

O, partiya daxilində şəxsi baxımdan heç bir problemi olmadığını vurğulayıb: "Məndən soruşurlar ki, niyə siz fövqəladə qurultayda sədrliyə namizədliyinizi vermirsiniz? Bu, bir peşmanlıq deyil. Niyə bu qərarı aldım? Mənim prinsiplərim var. Heç bir zaman vəzifə tələb etmədim. Razılıqla sədr seçildim. Razılıq olmazsa, bu addımı atmayacağam. Heç kimlə bazarlıq etmədim. Belə bir deyim var: 

"Yoldan öncə yol yoldaşı". Ancaq bunu görə bilmədim. Hamımızın bir hesabat verməsi lazım idi. AKP-də birliyin davam etməsi üçün dost dəyişməkdənsə, sədrin dəyişməsinə üstünlük verdim.
Prezidentimizə vəfalı olaraq qalacağam. Buna heç kimin şübhəsi olmasın. Onun ailəsi mənim, mənim ailəm onun ailəsidir. Millət vəkili olaraq, demokratikləşmə yolunda mübarizəmi davam etdirəcəyəm".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Dünya 22:17
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox