• $
  • €
  • ₽
  • ₺
  • £

“Qazaxıstan azadlıq ordusu” Nazarbayevə qarşı müharibə elan edib

“Qazaxıstan azadlıq ordusu” Nazarbayevə qarşı müharibə elan edib
06.06.2016 16:23
"Bu, Nazarbayevin diktaturasına qarşı ilk döyüş idi”.

"Qazaxıstan azadlıq ordusu” adlı təşkilat beynəlxalq KİV-ə etdiyi müraciətdə Qazaxıstanın qərbində Aktobe şəhərində baş verən hadisələrə görə məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, Aktobedə iyunun 5-də axşam saatlarında iki silah mağazası qarət edilib və ekstremistlərlə hərbçilər arasında atışma baş verib. 

Oxu.Az xəbər verir ki, bu barədə "Azadlıq” radiosu məlumat yayıb. 

Müraciətdə, bunun "Nazarbayev diktaturası ilə” "Qazaxıstanın demokratik inkişaf yolunun tərəfdarlarının ilk döyüşü” olduğu deyilir. Bu təşkilat və onun müraciəti hansı kanalla ötürdüyü barədə məlumat dəqiqləşdirilmir. 

Total.kz agentliyi DİN dövlət dili və informasiya departamentinin direktoru Almas Sadubayevə istinadən yaydığı məlumata görə, Aktobedə terror aktı zamanı ölənlərin sayı 17 nəfərə çatıb - üç yerli sakin, üç hərbçi və 11 ekstremist. 

KİV-də, həmçinin müxtəlif məlumatlara istinadən hadisə zamanı 20-40 arası adamın müxtəlif xəsarətlər aldığı bildirilib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox