• $
  • €
  • ₽
  • ₺
  • £

Ağcaqanadları qovlayan televizorlar istehsal olunub

Ağcaqanadları qovlayan televizorlar istehsal olunub
13.06.2016 18:53
Ağcaqanadların "denge” qızdırması və malyariya kimi yaydıqları xəstəliklər hər il milyonlarla Hindistan sakininin güzəranını pisləşdirir. 

Adətən televizorlar hazırlanan zaman texnoloji şirkətlər geniş audio və video imkanlara üstünlük versələr də, Cənubi Koreyanın "LG” şirkəti başqa yolla getmək qərarına gəlib. Belə ki, şirkət Hindistan bazarında özünü doğrultmaq üçün ağcaqanadları qovlayan televizorlar istehsal edib.

"ICTnews” Elektron Xəbər Xidməti "IGgate” resursuna istinadən yazır ki, "Mosquito Away” istehsal xəttindən olan televizorlar həşəratları məsafədə saxlamaq üçün xüsusi dalğalardan istifadə edən quraşdırılmış ultrasəsli aparatla birlikdə tədarük edilir. İstehsalçı yerli bazarı öyrənərək burada artmaqda olan genetik problemi həll edə bilən qurğuların olmaması qərarına gəlib.

Bildirilir ki, 32 düymlük ekranla təchiz edilən modelin qiyməti 400 dollar, 43 düymlük qabaqcıl TV modelinin isə 710 dollar təşkil edir. "LG” nümayəndələrinin sözlərinə görə, televizorlar heç bir zərərli şüalanma yaratmır və kimyəvi təsirdən istifadə etmirlər. Bundan belə qənaətə gəlmək olur ki, həşəratlarla mübarizə üçün yalnız televizorun rozetkaya qoşulması tələb olunur ki, bu da əlavə xidmətdən istifadəni aradan qaldırır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox