• $
  • €
  • ₽
  • ₺
  • £

Elastik displeylərin populyarlığı artacaq

Elastik displeylərin populyarlığı artacaq
11.07.2016 22:11
"IHS" analitik şirkəti yaxın illərdə daşınan qurğuların populyarlığının sürətlə artması sayəsində elastik displeylərə tələbatın çoxalacağını proqnozlaşdırır. 

Belə ki, 2016-cı ildə elastik ekran istehsalçıları ilkin məlumatlara görə, 3,5 milyard dollara yaxın qazanc əldə edəcəklər. Beş il sonra mədaxilin 300 faiz yüksələcəyi gözlənilir.

"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, üç il əvvəl "Samsung" və "LG" şirkətləri ilk dəfə müxtəlif tərəflərə əyilə bilən "AMOLED" ekranlı displeylər nümayiş etdirib. Hazırda şirkətlər bu növ ekranların fitnes-treker və smart saatlarda tətbiqini aktiv inkişaf etdirirlər. Bu texnologiya yarışmasına yaxın gələcəkdə öz smartfonunun səkkizinci versiyasını buraxmağa hazırlaşan "Apple" şirkətinin də qoşulmaq niyyətində olması məlumdur.  

"IHS" şirkətinin displeylərin tədqiqi sahəsində baş analitiki bildirib ki, bu gün panellərin yalnız əyilən, bükülən və qatlanan variantları mövcuddur. Lakin tam bükülən ekranların növbəti 2-3 ildə istehsal ediləcəyini gözləmək olar.

Hazırda mütəmadi "AMOLED" displeylər tədarükçüsü qismində "Samsung", "E-ink", "LG", "Futaba" şirkətləri çıxış edir.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox