• $
  • €
  • ₽
  • ₺
  • £

Binəli Yıldırım: “208 şəhidimiz var”

Binəli Yıldırım: “208 şəhidimiz var”
18.07.2016 17:25
 "Hərbi çevriliş cəhdi nəticəsində 208 şəhidimiz var. Bunlardan 60-ı polis, 3-ü hərbçi, 145-i isə mülki qəhrəmanlardır”.
 
APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bu sözləri keçirdiyi mətbuat konfransında Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
 
B. Yıldırım ordu komandanlığının vəzifəsinin başında olduğunu söyləyib: "Vəziyyət nəzarət altına alınıb. Həm hərbi, həm də polis qüvvələrimiz gecə-gündüz vəzifələrini icra edirlər. Parlament sabahdan etibarən normal fəaliyyətini davam etdirəcək” .
 
Baş nazir konkret ad çəkməsə də, çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığına işarə edib: "Bunu edən tam bəllidir. Kainat imamı dedikləri şəxs "bizim xəbərimiz yoxdur, hökumət oyun oynayır” desə də, cümlə aləm həqiqəti bilir. 7500 saxlanılan şəxs bu işin adresinin hara olduğu çox aydın göstərir”.
 
B. Yıldırım əhalini orduya pis gözlə baxmamağa da çağırıb: "Bu qurumlarımızın etibarını qorumalıyıq”.
 
Qeyd edək ki, çevrilişə cəhd göstərən hərbçilərdən neçə nəfərinin öldürüldüyü barədə yekun rəsmi açıqlama hələ verilməyib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox