• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə dövlət çevrilişi cəhdindən sonra işdən çıxarılanların sayı 60 mini keçib

Türkiyədə dövlət çevrilişi cəhdindən sonra işdən çıxarılanların sayı 60 mini keçib
28.07.2016 21:16
Həmin şəxslər Fətullahçı terror təşkilatı ilə əlaqədə şübhəli sayılırlar

Türkiyədə son günlərdə ümumilikdə 66 036 nəfər vəzifəsindən kənarlaşdırılıb.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, həmin şəxslər Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində işlərindən uzaqlaşdırılıblar.

Məlumata görə, Milli Təhsil Nazirliyində 42 767, Daxili İşlər Nazirliyində 8 777, Səhiyyə Nazirliyinə 5 841, Əmək və Sosial Müdafiə Nazirliyində 1 180, Maliyyə Nazirliyində 1 500, Ərzaq, Kənd təsərrüfatı və Heyvandarlıq Nazirliyində 673, Ailə və Sosial Siyasət Nazirliyində 599, Elm, Sənaye və Texnologiya Nazirliyində 560, Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyində 529, Enerji və Təbii Ehtiyatlar Nazirliyində 300, Gənclər və İdman Nazirliyində 265, Milli Müdafiə Nazirliyində 262, Meşə və Su Təsərrüfatı Nazirliyində 221, Gömrük və Ticarət Nazirliyində 184, Ətraf Mühit və Şəhərsalma Nazirliyində 167, Mədəniyyət və Turizm Nazirliyində 110, Türkiyə Xarici İşlər Nazirliyində 88, İnkişaf Nazirliyində 82 və İqtisadiyyat Nazirliyində 15 nəfər vəzifəsindən kənarlaşdırılıb.

Bundan başqa, Nazirlər Kabinetində 257, Nazirlər Kabineti yanında Dini İşlər İdarəsində 1 112, Bankların Fəaliyyətinə Nəzarət Təşkilatında (BDDK) 86, Enerji Bazarına Nəzarət Təşkilatında (EPDK) 25, İstanbul birjasında (BIST) 51, İnvestisiya Bazarı Təşkilatında (SPK) 36, Radio və Televiziya Şurasında (RTÜK) 29, Ankara Universitetində 4, Bülənt Ecevit Universitetində 31, TÜRKSAT-da 29, Mənzil İnşaatı İdarəsində (TOKİ) 22, TRT-də 300, Statistika İdarəsində (TÜİK) 21, Hesablama Palatasında (Sayıştay) 108, Xəzinə müşavirliyində 62 nəfər işindən uzaqlaşdırılıb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox