• $
  • €
  • ₽
  • ₺
  • £

1 milyondan çox "Google" hesabı təhlükədədir - DİQQƏT

1 milyondan çox "Google" hesabı təhlükədədir - DİQQƏT
01.12.2016 23:15
Yaşadığımız dövrdə hər gün yeni bir hack xəbəri yer almaqdadır.
 
Bir çox hackerlər müxtəlif məzmunlu tətbiq və proqramlar hazırlayaraq insanları aldada bilirlər. Belə təhlükəli tətbiqlərdən biri də Gooligan adlanır. Gooligan adlı zərərli tətbiq Android platformalı cihazları və Google hesablarını təhlükə altında qoymaqdadır.

Check Point adlı təhlükəsizlik şirkətinin verdiyi məlumata görə Gooligan ilk olaraq 2013-cü ildə ortaya çıxıb və tətbiq 1 milyondan çox Android cihazda yer almaqdadır. Zərərli tətbiq cihazlara tətbiq quraşdırması etməkdədir və gündə 13.000 cihazı ələ keçirməkdə davam edir.

Xüsusilə tətbiq Android 4.0 (Jelly Bean, Kit Kat) və Android 5.0 (Lollipop)cihazlarına təsir edir. Tətbiqin zərərsiz hesab olunan 86 tətbiqin içində yer aldığı bildirilir. Gooligan-dan Avropada 9%, Asiyada isə 57% istifadəçi ziyan çəkib.
 


Bu zərərli tətbiq əsas etibarilə iki proseslə nəzərə çarpır. Bunlardan biri tətbiq telefonunuza yüklənərsə, sizin Google hesablarınızı ələ keçirir, ikinci halda isə sizin icazəniz olmadan telefonunuza tətbiqlər yükləyərək, onlara qiymət verir.

Amma Google bu tətbiqin qarşısını alan proqramı artıq istifadəçilərə təqdim edib. Onu da qeyd edək ki, problem əsasən son illərdə yenilənmiş Android əsaslı telefonlar üçün heç bir təhlükə daşımır.

Check Point-in verdiyi məlumata əsasən Gooligandan zərər görmüş tətbiqlərə buradan baxa bilərsiniz. //Technote.az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol