• $
  • €
  • ₽
  • ₺
  • £

Obama administrasiyası “erməni soyqırımı”nı tanıdı?

Obama administrasiyası “erməni soyqırımı”nı tanıdı?
06.12.2016 23:20
"Yəni, Obama administrasiyası sakitcə "erməni soyqırımı”nı tanıdı?"

ANN.Az oxu.az-a istinadən xəbər verir ki, bu sual "Associated Press” agentliyində meydana gəlib. 

Məqalədə qeyd edilir ki, "soyqırım” sözü uzun müddət prezident Barak Obama da daxil olmaqla ABŞ-ın rəsmi simaları üçün tabu idi. Amma ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer bu susqunluğa son qoydu. 

Keçən həftə Vaşinqtonda Nobel mükafatçısı, professor El Vizelin (Elie Wiesel) xatirəsinə həsr edilmiş tədbir zamanı Pauer "erməni soyqırımının təkzibini” xatırladıb. 

"Bu beş söz, "soyqırım” haqqında istənilən xatırlatmaya qəti şəkildə qarşı olan Türkiyənin qəzəbinə səbəb olur, bu isə ABŞ məmurlarını bir əsr öncə baş verən hadisələr barədə danışarkən ehtiyatlı davranmağa vadar edir. Pauerin statusunu nəzərə alsaq, sözlər gözlənilməz oldu və bu, Obamanın gizli tənqidi kimi səsləndi”, - məqalədə deyilir. 

Pauerin mətbuat katibi Ketris Kuper bəyan edib ki, "soyqırım”ın xatırlanması Vizelin həyatı barədə danışarkən kontekstdə deyilib və "digərlərini buna qarşı çıxış etməyə sövq etməli idi”. O, qeyd edib ki, sözlər administrasiyanın siyasətində dəyişiklikləri əks etdirmir.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol