• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şirkət ilk dəfə 8 gb yaddaşa malik smartfon hazırladı

Bu şirkət ilk dəfə 8 gb yaddaşa malik smartfon hazırladı
06.01.2017 23:29
Tayvanın "Asus” şirkəti rəsmən 5 yanvar tarixində Las-Veqasda öz işinə başlayacaq "CES” sərgisi ərəfəsində 8 QB tutumunda əməli yaddaşla təchiz edilmiş "Zenfone AR” smartfonunu təqdim edib.

Rekord tutuma malik əməli yaddaş yeni qurğunun yeganə özəlliyi deyil. "Zenfone AR” smartfonu, həmçinin dünyada "Google Tango” artırılmış reallıq texnologiyasının dəstəyinə malik ilk smartfondur.

"Asus Zenfone AR” cihazı 1440x2560 piksel təsvir ölçülü 5.7 düymlük "Super Amoled” displeyi, artırılmış və virtual reallıq texnologiyaları ilə daha səmərəli işləmək üçün optimallaşdırılmış "Qualcomm Snapdragon 821” prosessoru ilə təchiz edilib. Smartfonun əsas yaddaşının tutumu 256 QB-dır və "microSD” kartının köməyi ilə onun tutumu artırıla bilər.

Qurğunun təkmilləşdirilmiş avtofokusla təchiz edilmiş əsas kamerasının təsvir ölçüsü 23 meqapiksel, ön kamerada isə 8 Mp-dir. Həmçinin smartfon barmaq izi skaneri, "Quick Charge 3.0” sürətli enerji doldurma texnologiyasının dəstəyinə malik 3300 milliamper/saat tutumunda akkumulyator və "USB Type-C” portuna malikdir. Smartfon "Android 7.0 Nougat” sistemi ilə işləyir.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol