• $
  • €
  • ₽
  • ₺
  • £

Gözlə idarə olunan smartfon hazırlanıb

Gözlə idarə olunan smartfon hazırlanıb
06.01.2017 18:34
Çinin ikinci ən böyük smartfon və telekommunikasiya avadanlığı istehsalçısı "ZTE" şirkəti istifadəçinin göz bəbəyinin hərəkəti vasitəsilə verilən komandaları yerinə yetirən smartfon hazırlanmasını açıqlayıb.

"ICTnews" "TASS" resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, smartfon ön kamerada quraşdırılan xüsusi texnologiya sayəsində gözlərin hərəkətinə reaksiya verir. Qurğunun üst tərəfi onu asanlıqla divara bərkitməyə və ehtiyac yarandıqda çıxartmağa imkan verən xüsusi materialla örtüləcək.

Layihə iştirakçılarından birinin jurnalistlərə bildirdiyinə görə, yeni qurğu sayəsində istifadəçi əksər gündəlik vəziyyətlərdə həyatını asanlaşdıra biləcək (məsələn, bir əllə tutacaqdan tutmağın, digəri ilə telefonu saxlamağın lazım olduğu metroda). Bunun üçün virtual səhifələri dəyişməyə ehtiyac qalmayacaq və gözləri yalnız fırlatmaq tələb olunacaq.

Mütəxəssislər qeyd ediblər ki, hazırda yeni smartfon sınaq, eləcə də layihənin gələcək maliyyələşməsi ilə bağlı bir sıra detalların razılaşdırılması mərhələsindədir.

"ZTE" məhsulu ictimaiyyətə bu ilin sentyabrında təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, "ZTE" şirkəti Çində həm dünya smartfon istehsalçılarından "Samsung Electronics", "Apple", "Huawei", həm də "Lenovo" və "Xiaomi" kimi yerli şirkətlərlə rəqabət aparır.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol