• $
  • €
  • ₽
  • ₺
  • £

Fransalı yazıçı: Ermənistanda aclıq, yoxsulluq baş alıb gedir

Fransalı yazıçı: Ermənistanda aclıq, yoxsulluq baş alıb gedir
19.01.2017 19:30
"Bu gün Ermənistanda aclıq, yoxsulluq baş alıb gedir, insanlar ölkəni tərk edir və oradakı xalq hazırki rejimə qarşı çevrilir”.

Trend-in məlumatına görə, bunu Fransalı yazıçı Jerar Kardon Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdə deyib.

Fransalı yazıçı bu gün Azərbaycanda gördüyü inkişafı yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

J.Kardon həmçinin Azərbaycan qadınları haqqında kitab yazmaq arzusundan danışıb. Yazıçı qeyd edib ki, qadınlarla bağlı belə bir layihə onun tərəfindən artıq bir sıra dünya ölkələrində həyata keçirilib:

"Azərbaycan qadınlarına həsr olunmuş əsər iki hissədən ibarət roman şəklində olacaq. Burada qadınların həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması və digər məsələlər öz əksini tapacaq”.

Fransız yazıçısı Jerar Kardon səfərinin sonunda topladığı məlumatlar əsasında bədii əsərlə yanaşı Xocalı faciəsi haqqında da kitab yazacağını bildirib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol