• $
  • €
  • ₽
  • ₺
  • £

“Google” şirkətinin süni intellekti başqa süni intellektlər yaradacaq

“Google” şirkətinin süni intellekti başqa süni intellektlər yaradacaq
25.01.2017 21:10
İndi kompüter təlimi, neyron şəbəkələri, süni intellekt və bu kimi istiqamətlər sahəsində mütəxəssislərə tələbat böyükdür.
 
Amma yaxın vaxtlarda bu tendensiya dəyişə bilər. Bu sahədə aparıcı tədqiqatçılar yeni tendensiyanı başqa süni intellekt proqramı yaratmaq qabiliyyətinə malik süni intellekt əsasında işləyən proqram təminatının istifadəyə veriləcəyi ilə izah edirlər. Məsələn, "Google Brain” tədqiqat komandasının əməkdaşları dilin işlənməsi xidmətlərinin effektlilik səviyyəsinin yoxlanılması üçün kompüter təlimi əsasında işləyən sistemlərin yaradılması üçün proqram təminatı hazırlayıblar. Bu halda yenilik tərəfindən yazılmış proqram təminatı əvvəllər insanlar tərəfindən yazılmış proqramlarla müqayisədə öz işinin öhdəsindən daha yaxşı gəlir.

"ICTnews” Elektron Xəbər Xidməti "4pda.ru” saytına istinadən yazır ki, "Google Brain” tədqiqat qrupunun direktoru Ceff Din ötən həftə məlumat verib ki, gələcəkdə süni intellekt əsasında proqram təminatı hazırlayan proqram bu sahədə mütəxəssislərin müəyyən hissəsini tamamilə əvəz edə biləcək. O bildirib ki, avtomatlaşdırılmış kompüter təlimi onun komandasının tədqiqat xəttində ən perspektivli istiqamətlərdən biridir.

Hələ 1990-cı illərdə özü öyrənən sistemlərin tədqiqi ilə məşğul olmuş Monreal Universitetinin professoru Yoşia Bendjio deyib ki, indiki hesablama gücü və dərin təlim texnologiyasının əlçatanlığı ilə belə proqram təminatının yaradılması mümkündür. Amma o, həmçinin qeyd edib ki, belə həllər hələ ki ekstremal hesablama gücü tələb edir, buna görə süni intellektlə işləyən kompüter təlimi sahəsində mütəxəssislərin qismən əvəzetməsi haqda düşünmək hələ tezdir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol