• $
  • €
  • ₽
  • ₺
  • £

“Umbrella” dronu istifadəçini yağışdan qoruyacaq

“Umbrella” dronu istifadəçini yağışdan qoruyacaq
01.02.2017 14:27
"Drones Direct” şirkəti seriyalı "DJI Phantom 4” pilotsuz uçan aparatını modifikasiya edərək onu hamı üçün lazımlı qurğuya çevirib. Belə ki, dizaynerlərin adi kvadrokopterə çətir yerləşdirməsi sayəsində dron istifadəçinin başı üzərində uçaraq onu yağışdan qoruyur. Dronun xüsusilə hava şəraiti daim pis olan yerlərdə yaşayan insanlar üçün faydalı olacağı bildirilir.

"ICTnews” Elektron Xəbər Xidməti "Hi-News” resursuna istinadən yazır ki, diqqəti daha vacib əşyalara yönəltmək məqsədilə bir əldə çətiri tutmamaq üçün istifadəçinin dronu smartofona qoşması tələb olunur. Bundan sonra qurğu "GPS” sistemindən istifadə etməklə istifadəçini hər yerdə izləyərək onun başı üzərində uçacaq. Dizaynerlər izah ediblər ki, "Umbrella” dronunun çətiri saxlaması sayəsində hətta pis hava şəraitində telefonla danışmaq, qəhvə içmək, velosiped sürmək və s. mümkün olacaq.
Məlumata görə, külək qurğu üçün təhlükə törətmir. O, ev, ağac və dirəklərdən yan keçərək hər şeyi "4K” formatlı kameraya çəkir, eləcə də bir dəfə enerji toplamaqla 30 dəqiqəyədək işləyir. Aparatın çəkisi 1 kq təşkil edir.

Adi "PJD Phantom 4” aparatının qiyməti təxminən 1252 dollar, "Umbrella” dronunun modifikasiya edilmiş variantının 1670 dollardır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol