• $
  • €
  • ₽
  • ₺
  • £

Videooyun vasitəsilə beyinə müdaxilə mümkündür

Videooyun vasitəsilə beyinə müdaxilə mümkündür
02.02.2017 12:34
Yaxın gələcəkdə insan beyni elan verənlər, xüsusi xidmət orqanları, hakerlər və ya istənilən digər maraqlı tərəflər üçün zəngin informasiya mənbəyi ola bilər.

 Vaşinqton Universitetinin (ABŞ) tədqiqatçısı Tamara Bonaçi tərəfindən "Enigma” konfransında keçirilmiş sınaq bu fikri təsdiq edib.

"ICTnews” Elektron Xəbər Xidməti "hitech.vesti.ru” saytına istinadən yazır ki, sınaq iştirakçılarının başına real vaxt rejimində beyin qabığından göndərilən EEQ (Elektroensefaloqrafiya) siqnallarını qeydə alan qurğu taxılıb və onlara müxtəlif şəkilləri (nəhəng şirkətlərin loqosunu, avtomobillər, sürətli qidalanma restoranları və sairə) göstərən "Flappy Whale” oyununu qoşublar. Sınaq iştirakçısına təsvir göstərildikdə cihaz beynin reaksiyasını təhlil edərək onun bu və ya digər brendə münasibətini öyrənməyə imkan verib.

Qurğu, daha məxfi məlumatların (məsələn, insanın dini, siyasi baxışları və ya onun sağlamlıq vəziyyəti) toplanılması üçün də istifadə edilə bilər. "Bədənimiz tərəfindən buraxılan elektrik siqnalları özümüz haqda digərlərindən məxfi saxlamaq istədiyimiz informasiyanı özündə saxlaya bilər – Bonaçi deyib. Bundan başqa, biz, hətta bu informasiyanı bilmədən ötürə bilərik".

Tədqiqatçı vurğulayıb ki, virtual reallıq şlemlərinin istehsalçıları qeymerlərin oyundakı hadisələrə reaksiyasını öyrənmək üçün belə metoddan istifadə edə bilərlər. Bonaçi əvvəllər də beyinə müdaxilə təhlükəsi haqda xəbərdarlıq etmişdi, çünki hazırda kompüterlər beyin tərəfindən göndərilən, bizim haqqımızda vacib informasiyanı özündə saxlayan bütün EEQ siqnalları qəbul edir.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol