• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya vətəninə geri qayıdan qaçqınlara pul ödəyəcək

Almaniya vətəninə geri qayıdan qaçqınlara pul ödəyəcək
02.02.2017 22:58
Almaniyanın Daxili İşlər Nazirliyi könüllü şəkildə vətəninə qayıtmağa razılaşan qaçqınlara pul ödənməsini nəzərdə tutan "Başlanğıc yardım üstəgəl” adlı miqrasiya proqramının başlamasını elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya” qəzetinə nazirliyin rəsmi nümayəndəsi Yohannes Dimrot bildirib.   

Onun sözlərinə görə, fevralın 1-dən fəaliyyətə başlayan proqrama Qərbi Balkan dövlətləri istisna edilməklə 45 ölkədən olan mühacirlər düşür. Federal hökumət onun maliyyələşdirilməsinə cari ildə 40 milyon avro ayırıb.  

Nəşrin məlumatına görə, proqramın əsası könüllü geri qayıtma prinsipidir. Almaniyada sığınacaq almağa dair qərar qəbul edilmədən öncə vətənə geri qayıtmaq qərarına gələn qaçqınlara 1200 avro pul ödəniləcək. Sığınacaq verilməyən qaçqınlara, apellyasiyaya verməmək şərti ilə 800 avro ödəniləcək. 

Maliyyə kompensasiyaları 12 və yuxarı yaşı olan şəxslər üçün nəzərdə tutulur. Pul ödənişi iki mərhələdə həyata keçiriləcək. Məbləğin yarısını mühacir Almaniyaya girişdə, qalanını isə vətənində altı ay yaşadıqdan sonra alacaq. 

Dekabrın əvvəlində "Reuters” agentliyi Almaniyaya mühacir axınının kəskin azalmasına baxmayaraq, onlara qarşı yüksək həyəcanın olduğu barədə məlumat yaymışdı. Əgər 2015-ci ildə Almaniyaya Yaxın Şərqdən 890 min qaçqın gəlmişdisə, 2016-cı ildə 280 min qaçqın qeydə alınıb.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol