• $
  • €
  • ₽
  • ₺
  • £

"Fərat qalxanı" əməliyyatı barədə son məlumat

"Fərat qalxanı" əməliyyatı barədə son məlumat
06.01.2017 15:26
Türkiyənin müdafiə naziri Fikri İşıq Türkiyə Ordusunun dəstəyi ilə Suriyada həyata keçirilən "Fərat qalxanı” əməliyyatı barədə son məlumatları açıqlayıb. 
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, F. İşıq Suriyada İŞİD terrorçularının ikinci qalası sayılan Əl-Bab şəhərinə qədər kiçik yaşayış qəsəbələri və kiçik İŞİD terror qrupları olduğunu bildirib. Müdafiə naziri deyib ki, bu kiçik yaşayış qəsəbələri və kiçik terrorçu qruplardan fərqli olaraq, Əl-Babda artıq küçə döyüşləri başlayıb, bu səbəbdən fərqli taktika tətbiq edilir. Əsas risk şəhərdə mülki şəxslərin yaşamasıdır: "Digər risk isə əlverişsiz hava şəraitidir. Şəhərdə yalnız İŞİD olsaydı, çoxdan azat etmişdik”.
 
 
 
Bu arada "Reuters” agentliyi Türkiyədən Suriyaya tank və zirehli bölmələrin göndərildiyi barədə məlumat və görüntülər yayıb. Görüntülər Suriyanın Çobanbəyi qəsəbəsində çəkilib. 
 
 

Qeyd edək ki, 136 gündür, davam edən "Fərat qalxanı” əməliyyatında 1362 İŞİD terrorçusu öldürülüb, 172 terrorçu yaxalanıb. PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin də 291 silahlısı məhv edilib. Türkiyə ordusu 42 şəhid verib. 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol